Türkiyə Prezidentinin mətbuat katibi Ceyms Cefri və Kelli Kraftla görüşüb

83198

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Qalın ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Kelli Kraftla görüşüb.

VOICEPRESS-in yerli bürosunun Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verdiyi xəbərə görə, görüşdə Suriyadakı vəziyyət, qaçqınlar problemi və regional məsələlər müzakirə edilib.

İdlibdəki vəziyyətin getdikcə gərginləşməsi fonunda NATO ilə həmrəyliyin vacibliyi vurğulanıb.

C. Cefri və K. Kraft Türkiyə Silahlı Qüvvələrinin “Bahar qalxanı” hərəkatı  haqda məlumatlandırılıb.

Əvvəlki məqaləTürkiyə parlamentində deputatlar əlbəyaxa olublar
Növbəti məqalədəTürkiyə Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti ilə görüşüb