Türkiyə parlamentində deputatlar əlbəyaxa olublar

103710

Türkiyə Böyük Millət Məclisinin (TBMM) iclasında deputatlar əlbəyaxa olublar.

VOICEPRESS-in verdiyi xəbərə görə, Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputat Engin Özkoçun çıxışı zamanı gərginlik yaşanıb.

Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputatların etirazından sonra iclasa fasilə verilib.

Fasilə zamanı AKP və CHP-dən olan deputatlar əlbəyaxa olublar.

Ankara Prokurorluğu Türkiyə Prezidentini təhqir etdiyi üçün E. Özkoçun barəsində araşdırmaya başlayıb.

Əvvəlki məqaləAzərbaycan “Eurovision” mahnısını seçdi
Növbəti məqalədəTürkiyə Prezidentinin mətbuat katibi Ceyms Cefri və Kelli Kraftla görüşüb