Tanınmış basketbolçu koronaya yoluxdu – Oyunlar təxirə salındı

12 Mart, 13:29

Amerika Basketbol Liqasının (NBA) bütün oyunları təxirə salınıb.

VOICEPRESS xəbər verir ki, “Yuta Caz” klubunun oyunçusu Rudi Qobertdə koronavirusun aşkarlanmasından sonra ikinci bir açıqlamaya qədər NBA-da bütün oyunlar ləğv edilib.

Qeyd edək ki, ABŞ-da koronavirusa 1312 nəfər yoluxub, 38 nəfər isə həyatını itirib.