Təhsil Nazirliyindən bu səlahiyyət alındı: Tətillə bağlı qərar…

59568

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib.

VOİCEPRESS xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərarda qeyd olunub ki, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Bu qərar 2020-ci ilin sentyabrın 15-dən qüvvəyə minir.

***

Təhsil Nazirliyindən Nazirlər Kabinetinin bu qərarı şərh edilib.

Bildirilib ki, NK-nın qərarı ilə tədris ilinin müddəti təsdiq edilib. Bu, “Ümumi təhsil haqqında” Qanundan irəli gələn vəzifə idi:

“Bu qərar verilənədək həmin müddəalar elə NK-nın təsdiq etdiyi Nümunəvi Nizamnamədə yer alırdı. Yeni qərar qəbul edildikdən sonra uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi. Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb. Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə NK-dadır. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir”.

Əvvəlki məqaləİranda bir gündə koronavirusdan 75 nəfər ölüb
Növbəti məqalədəƏliyevin gündəmi silkələyən nitqi: Nələr dedi?