Qazaxıstan Azərbaycana aviareysləri dayandırır — SƏBƏB

97233

Martın 5-dən Nur-Sultan-Bakı aviareysləri dayandırılır. 

VOİCEPRESS məlumat verir ki, Almatı-Bakı reyslərinin sayı beşdən birə, Aktau-Bakı reyslərinin sayı isə yeddidən birə endiriləcək.

Bunu Qazaxıstanın Sənaye və infrastrukturun inkişafı üzrə nazir müavini Berik Kamaliyev açıqlayıb.

“Bu uçuşların dayandırılması ilə əlaqədar martın 1-dən sərnişinlər cəriməsiz aldıqları biletləri qaytara bilərlər”, – deyə o bildirib. 

Qeyd edilib ki, bu günlərdə Azərbaycanda koronavirus epidemiyasına üç yoluxma faktı qeydə alınıb. 

Əvvəlki məqaləFərəc Quliyev Prezident Administrasiyasına çağırıldı
Növbəti məqalədəMingəçevirdə kütləvi dezinfeksiya işləri başladı – KORONAVİRUSA GÖRƏ