Putindən ŞOK: Toplantıya qatılmağı RƏDD ETDİ

92292

Rusiya prezidenti Vladimir Putin Almaniyanın səylərinə baxmayaraq 4-lü zirvədə iştirak etməkdən imtina edib.

VOICEPRESS xəbər verir ki, bu barədə Almaniya kansleri Angela Merkel açıqlama verib. O bildirib ki, rəsmi Berlin Kreml rəhbərinə Suriya münaqişəsinə dair 4-lü zirvədə iştirak etməsi üçün təklif göndərib. Lakin Putin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa lideri Emmanuel Makronun da iştirakı nəzərdə tutulan toplantıya qatılmağı rədd edib.

Qeyd edək ki, xarici KİV-lər Ərdoğanın və Makronun zirvəyə qatılamağa razılıq verdiyini açıqlamışdı. Lakin Putin dəvətdən imtina etdiyinə görə Almaniya zirvənin keçirilməsini mənasız hesab edir. Əlavə edək ki, martın 5-də Rusiyada Putin və Ərdoğan arasında görüş baş tutacaq.

Əvvəlki məqaləPutin Ərdoğana İdlibə görə qaz güzəşti edəcək? – Belarusdan baxış
Növbəti məqalədəDuqindən sensasion açıqlama: Ərdoğana bir şərtimiz var – Video