Peskov: “Putin və Ərdoğanın təkbətək görüşü 3 saat davam edib”

5 Mart, 20:26

Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçirilən təkbətək görüş 3 saat davam edib.

VOICEPRESS-in Moskva müxbirinin xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

O, təkbətək görüşdən sonra nümayəndə heyətlərinin danışıqlara qoşulduğunu qeyd edib.