Mingəçevirdə kütləvi dezinfeksiya işləri başladı – KORONAVİRUSA GÖRƏ

378913

Mingəçevirdə koronavirusla əlaqədar Çindən gələn 1 nəfər, İrandan gələn 5 nəfər şəhər sakini Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən nəzarətə götürülüb və onların heç birində xəstəliyin əlamətləri aşkar olunmayıb. Bu barədə məlumat verən Mingəçevir GEM-in direktor əvəzi Validə Məmmədova əlavə olaraq bildirib ki, Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq ilin əvvəlindən şəhərin bütün ümumtəhsil müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri, musiqi məktəbləri, ali və orta ixtisas məktəblərində koronovirusla bağlı maarifləndirmə tədbirləri aparılır. İcra Hakimiyyəti başçısının göstərişinə əsasən isə 02 mart 2020-ci il tarixdən şəhərin bütün uşaq bağçaları-körpələr evlərində kütləvi dezinfeksiya işlləri başlayıb. Artıq 1, 2, 4, 6 və 14 saylı uşaq bağçaları tam dezinfeksiya olunub və bu həftənin sonuna kimi bütün bağçalarda dezinfeksiya işləri başa çatacaq.

Əvvəlki məqaləQazaxıstan Azərbaycana aviareysləri dayandırır — SƏBƏB
Növbəti məqalədəPutin Ərdoğana İdlibə görə qaz güzəşti edəcək? – Belarusdan baxış