Koronavirusun DƏRMANI TAPILDI – 4 günə SAĞALDIR

0
140279

“Favipiravir” dərmanı yeni tip koronavirusun müalicə müddətini 11 gündən 4 günə endirib.

VOİCEPRESS xəbər verir ki,bunu Çinin Milli Biotexnoloji İnkişaf Mərkəzinin rəhbəri Zanq Xinmin açıqlayıb.

Onun sözlərinə görə, “Favipiravir” yüngül və nizamlı xəstələrin müalicəsini sürətləndirir.

FAVİPİRAVİR NƏDİR?

Yapon mütəxəssislərinin kəşfi olan “Favipiravir” 2014-cü ildən bəri satışdadır. Viruslarla mübarizə aparan dərman sınaq mərhələlərində hər hansı əks təsir göstərməyib. İlk dəfə Ebola virusuna qarşı müalicədə istifadə olunub.

Qeyd edək ki, Çində koronavirusun yayıldığı ilk gündən bəri 80 min 894 nəfər xəstələnib. Onlardan 3 min 237-i dünyasını dəyişib. Son günlərdə müalicələr effekt verdiyindən sağalma sayı çoxalıb.