Koronavirus əsasən Azərbaycanın bu bölgəsində yayılıb – RƏSMİ

24 Mart, 01:53

Bu günədək Azərbaycanda 1000 nəfərə yaxın şəxs karantində saxlanılır.

VOİCEPRESS-in məlumatında görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın mətbaut konfransında Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
O qeyd edib ki, virus aşkarlanan şəxslər əsasən 29-50 yaş arasındadır:


“72 şəxsdə koronavorus aşkarlanıb, 10 nəfər sağalıb, 1 nəfər vəfat edib. Fevralda koronavirus Azərbaycana idxal olunurdusa, martdan başlayaraq koronavirus ölkə daxilində yayılmağa başlayıb. Xəstələrdən 30 nəfəri xaricdən gələnlərdir, qalanları ölkə daxilində yoluxanlardır. Koronavirus əsasən cənub zonasında yayılır”.