İtaliyanın şimalında koronavirusla bağlı hərəkət məhdudlaşdırılıb

72359

İtaliya Baş naziri Cüzeppe Konte dünən gecə koronavirusun yayılması ilə bağlı Lombardiya və  daha 14 əyalətin ərazisinə giriş və çıxış üçün məhdudiyyətləri nəzərdə tutan sərəncam imzalayıb.

VOİCEPRESS-in verdiyi məlumata görə, sərəncam ölkənin Emilia-Romagna, Marche, Piedmont, Veneto (Venesiya daxil olmaqla) bölgələrini də əhatə edir.  

Həmin ərazilərə yalnız müstəsna hallarda, nəzarət altında daxil olmaq və çıxmaq mümkün olacaq. Eyni zamanda muzeylər və qalereyalara giriş, mədəni tədbirlər də məhdudlaşdırılıb. 

Qeyd edək ki, İtaliya hakimiyyət orqanlarının verdiyi son məlumatlara görə, ölkədə koronavirusa yoluxanların sayı 5,8 minə çatıb, 223 nəfər isə bu virusun qurbanı olub. 

Əvvəlki məqaləKoronavirus dünya iqtisadiyyatına 2,7 trilyon dollara başa gələ bilər
Növbəti məqalədəSudanın baş nazirinə sui-qəsd olub