İtaliyada koronavirus qurbanlarının sayı 197-yə yüksəlib

97086

İtaliyada bazar ertəsindən bəri 49 nəfər koronavirusdan ölüb.

VOİCEPRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Mülki müdafiə xidmətinin rəhbəri Ancelo Borrelli brifinqdə bildirib.

Beləliklə, ölkədə virusa yoluxmadan ölənlərin ümumi sayı 197 nəfərə çatıb.

Ölənlərin 62-95 yaşı aralığında olduğu bildirilir. Ölümlərin çoxu Lombardiyanın şimalında qeydə alınıb – 135 hadisə. Gündə ümumi yoluxmanın sayı demək olar ki, 800-ə qədər artaraq (ölənlər də daxil) 4636 nəfərə olub. 

Borrelli bildirib ki, son bir gündə daha 109 nəfər sağalıb, onların ümumi sayı 523 nəfərdir. 

Əvvəlki məqaləÜST dünyada koronavirusa yoluxanların ümumi sayını açıqlayıb
Növbəti məqalədəSiber polisler sosyal medyada ‘koronavirüs’ devriyesinde