İstanbulda qanunsuz istehsal edilən 1 mln. maska aşkarlanıb

0
123542

İstanbulda qanunsuz maska istehsalçıları ilə bağlı axtarış əməliyyatında 1 mln. maska aşkarlanıb.

VOICEPRESS-in xəbərinə görə, İstanbul Polis İdarəsi Təhlükəsizlik Şöbəsi polislərinin müdaxiləsi nəticəsində maskaların lisenziyasız və gigiyenik şərtlərə uyğun gəlməyən şəkildə fəaliyyət göstərən atelyelərdə istehsal edildiyi müəyyənəşdirilib. Maskalar məhv edilib. Hadisə ilə əlaqədar 5 nəfər saxlanılıb.