“Əsas məqsəd xəstəliyin Azərbaycanda yayılmasına imkan verməməkdir”. Bunu VOİCEPRESS-ə açıqlamasında Eks millət vəkili, professor Həvva Məmmədova ölkədə fövqəladə vəziyyətin elan olunması ilə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün Azərbaycanda virusla mübarizə tədbirləri çox güclü və mütəşəkkil şəkildə aparılır: “Dünya ictimaiyyəti tarixin ən ağır imtahanından keçir.
Bu tarix boyu müəyyən fasilələrlə və fərqli epidemiya pandemiyaları ilə müşahidə olunub. Çox sayda insan intikisi verilsə də, elm bəşəriyyətin bu sınaqlarında qələbə qazanmağa müvəffəq olmasını göstərir. Bu gün hər bir dövlət özünəməxsus şəkildə dövlətdaxili programlar çərçivəsində, xüsusən də Çin praktikasında müşahidə edilən təcrübələrə dayanaraq ən az insan təlafatı ilə bu virusun qarşısını almaq üçün mücadilə aparır. Bizim də, əsas məqsədimiz xəstəliyin Azərbaycanda yayılmasına imkan verməməkdir.
Hesab edirəm Cənab Prezidentimizin bu ağır günlərdə ölkədaxili sabitliyin qorunması şərti ilə xalqın sağlıq təhlükəsziliyinin təminatı baxımından bütün güclərin səfərbər olunmasına dair verdiyi qərarlar öz tövhəsini verəcəkdir. Bir çox dövlətlər məndə olan informasiyalara görə, Azərbaycanda virusla ölkədaxili sabitliyin və təhlükəsizliyin qorunması adına mübarizə praktikası ilə yaxından maraqlanır.
Bu çox sevindirici haldır. Bu gün Azərbaycanın müxtəlif bölgələrində onlarla xəstəxana xüsusi rejimdə işləyir. Xəstəliyə qarşı mübarizəni daha da gücləndirmək və koronavirus xəstələrinə qulluq edən həkimlərin maddi təminatı daha da yüksəltmək məqsədilə Cənab Prezident olduqca nümunəvi addımlar atdı. İlham Əliyevin ehtiyat fondundan əlavə 20 milyon manat ayırması və öz bir illik əmək haqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsi bir daha Azərbaycan xalqının sağlamlığı, təhlükəsizliyi, rifahının hər şeydən üstün olduğunu isbat etmiş oldu. Cənab Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə ölkəmizə gecə ilə 200 süni tənəffüs aparatı gətirdilməsinə müvvəffəq olduq. Çünki Prezidentin bütün qərarları birmənalı olaraq, xalqın sağlamlığını və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Əbəs yerə Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri Azərbaycan rəhbərliyinin koronavirusun yayılmaması üçün çox önəmli və təsirli tədbirlər gördüyünü müsbət qiymətləndirməyib. Çünki Cənab Prezidentin təşəbbüsü və apardığı mütəşəkkil daxili siyasi virusla mübarizə programı birmənalı olaraq cəmiyyətdə həmrəylik və sosial məsuliyyət prinsipləri çərçivəsində həyata keçirilir”.








