Dünya Bankı inkişaf etməkdə olan ölkələrə 150 milyard dollarlıq maliyyə yardımı edəcək

0
123482

Dünya Bankı koronavirusla mübarizə və onun nəticələrinin aradan qaldırılması üçün qarşıdakı 15 ay ərzində inkişaf etməkdə olan ölkələrə 150 milyard dollar maliyyə yardımı edəcək.

VOICEPRESS “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Dünya Bankının prezidenti Devid Malpass G20 ölklərinin maliyyə nazirlərinə ünvanladığı məktubda deyib.

O, G20-nin kreditor ölkələrini virusla mübarizə aparan yoxsul ölkələrə ikitərəfli borclar üzrə bütün ödənişləri dayandırımaq üçün icazə verməyə çağırıb.