DİM açıqladı: Bu qəbul imtahanları da ləğv olundu

0
154801

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək.

Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən martın 13-də verilən qərara uyğun olaraq koronavirus infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər planına əsasən qeyd olunan imtahanın keçirilməsi təxirə salınmışdır.