Daha 3 çempionat dayandırılıb

0
148654

Meksika, Braziliya və Əlcəzair çempionatları dayandırılıb.

VOİCEPRESS məlumatına görə, digər ölkələrdə olduğu kimi, adıçəkilən 3 çempionatın da təxirə salınmasının səbəbi koronavirus infeksiyasının sürətlə yayılmasıdır.

Həmin ölkələrdə təkcə yüksək liqa deyil, bütün daxili yarışların dayandırılması qərara alınıb. Braziliya və Meksikada qeyri-müəyyən müddətə, Əlcəzairdə isə ən azı aprelin 5-nə qədər heç bir turnir keçirilməyəcək.

Qeyd edək ki, dünyanın bir çox ölkəsində, o cümlədən Azərbaycanda idman yarışları dayandırılıb.