Çin hökumətindən İNANILMAZ AÇIQLAMA: Koronavirusu BU ÖLKƏ YAYIB

65875

“Koronavirusu Çinin Uhan şəhərində ABŞ ordusunun yaydığı istisna deyil. Şəffaf olun. Məlumatlarınızı ictimaiyyətə açıqlayın. ABŞ bizə açıqlama vermək məcburiyyətindədir”.

VOİCEPRESS xəbər verir ki, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Kao Lusien sosial media hesabında belə yazıb. O, hələ bir neçə ay əvvəl ABŞ-dan olan həkim Robert Redfieldin bəzi amerikalıların “Kovid-19”virusundan öldüyü barədə açıqlamasını xatrıladıb.

Qeyd edək ki, ABŞ-ın koronavirusu “Uhan virusu” adlandırması Çinin etirazına səbəb olub. Rəsmi Pekin bəyan edib ki, virusun ilk olaraq Uhan şəhərində meydana çıxması onun mənbəyinin Çin olduğu anlamına gəlmir.

Əvvəlki məqaləAzərbaycanda benzinin qiyməti ucuzlaşdı
Növbəti məqalədəTürkiyə daha 9 ölkə ilə uçuşları dayandırır