“Azərbaycan Rüzigarı” Türkiyə teleməkanında

86151

İnsan arzusuz quş qanadsız yaşaya bilməz. Hər bir insan özünü dərk etdikdən sonra içindəki arzu və xəyallarıda özü ilə bərabər böyüməyə başlayır. İnsan  xəyalındakı  arzusuna çatmaq üçün həyatın çətin sınaqlarından keçmək məcburiyyətrində qalır. Xəyallarını gerçəkəlşdirmək üçün qardaş Türkiyəyə üz tutan həmyerlimiz Səidə Əjdərqızı da uşaqlıq arzularının çin olması üçün bu ölkəyə gəlib. Türkiyəyə gəlməkdə məqsədi Azərbaycanın mədəniyyətini, ədəbiyyatını, incəsənətıni,  mənəvi dəyərlərini  və xalqımızın ağrı acısını Türkiye televiziyası vasitəsilə dünyaya çatdırmaqdan ibarətdir. Səidə Əjdərqızı Ömərova –daha çox Səidə Ömər kimi tanınır .1986 -cı ildə Bakı şəhərində anadan olub. 1993-cü ildə Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə təhsil alıb. 2004-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakultesinin Kinorejissorluq bölümünü qırmızı diplomla bitirib. Azərbaycan xalq artisti tanınmış kinorejissor Oktay Mirqasımovun tələbəsi olub. 2018-ci ildə İstanbul Universitetinin Jurnalistika fakultəsinin “Radio Televiziya Kino”bölümünü magistr olaraq qazanıb. 13 il Suraxanı rayonu 2 Saylı uşaq evində rəqs müəllimi,8 il Günaz Tvde “Rəqs dünyası “ve “Günəş və Həmail” verilişinin müəllifi və aparıcı olub.

Türkiyədə keçirilən “23 Nisan Çocuk” festivalında dəfələrlə iştirak edib. İstanbul Türkiyə Azərbaycan Dayanışma ve Kültür Dərnəyinin üzvüdür,Qara Dəniz fəqfində Azərbaycan milli rəqslərindən təmannasız dərs deməkdədir.

Səidə Ömər hazırda Türkiyə Televiziyasının Bengü Türk TV-də “Azərbaycan Rüzgarı”adlı proqramın aparıcısı və müəllifidir.   Teleproqram Türkiyə efirində görünməyə başladığı gündən tamaşaçılarda böyük rəğbət qazanıb. Həftədə bir dəfə Türkiyə tamaşaçılarının görüşünə gələn “Azərbaycan Rüzigarı” proqramında xalqımızın qədim adət ənənələri, milli musiqilərimiz, Dağlıq Qarabağ, 20 yanvar faciəsi , Xocalı soyqırımı ilə bağlı silsilə  verilişlər nümayiş etdirilir. Proqrama dəvət alan hər iki ölkənin dövlət xadimləri, tanınmış elm adamları ,millət vəkilləri və ziyalıları  sözügedən proqramın  Azərbaycan Türkiyə münasibətlərində böyük   rol oynamasını  müsbət qiymətləndirirlər.

Azərbaycan Diasporuna  Dəstək Fonduna Və Bengü Türk kanalına təşəkkür edirəm .

Azərbaycan Türkiyə qardaşlağı tarixə söykənir. Bu qardaşlığı daha da möhkəmləndirmək  üçün hər birimiz əlimizdən gələni etməliyik. Həftədə bir dəfə Türkiyə tamaşaçılarının görüşünə gələn “Azərbaycan Rüzigarı” programı öz dəsti xətti ilə Türkiyədə yayımlanan programlardan  çox fərqlənməkdədir. Deyərdim ki, bu veriliş Azərbaycan və Türkiyənin hər baxımdan siyasi, iqtisadi, mədəni əlaqələrini özündə əks etdirən bir  telekörpüdür. Mövzuları ilə  hər iki ölkə üçün  önəmli olan bu program qısa zamanda Türkiyə və Azərbaycan seyircilərinin qəlbinə yol tapdı.  Bu programa məndə qonaq oldum. Başda Qarabağ sorunumuzu dilə gətirib -Türkün türkdən başqa dostu yoxdur –deyərək  hər zaman can qardaşlarımızın yanındayıq dedik. Bu önəmli programın yayımlanması üçün  Bengü Türk televiziyasının rəhbərliyinə və  Azərbaycan Diasporuna Dəstək Fonduna xüsusi təşəkkür edir,programın müəllifi və aparıcısı olan Səidə Ömərə  uğurlar arzulayıram.

İstanbul AK Parti Millət vəkili,Azərbaycan Türkiyə Dostluq parlamentinin   Sədri

Şamil Ayrım/Ankara

Azərbaycanın sevinci bizim sevincimiz,kədəri bizim kədərimizdi.

“Azərbaycan”  söyləyəndə  ürəyim başqa cürə döyünür. Müqəddəs Türk torpaqları olan Azərbaycana

ayaq basdıqda öz vətənimdə olduğum hissləri geçirirəm. Çünki, biz eyni acıları yaşamış bir millətik.Çünki Azərbaycanda mənim vətənim,mənim topraqlarımdır.Naxçıvanda keçirdiyim hisslər isə bir başqadır, çünki atam Kazım Karabəkir Paşanın  ayaq izləri var orda.Bu fikirlərimi,duyğularımı  Azərbaycanlı telejurnalist Səidə Ömərin Bengü Türk kanalında yayınlanan “Azərbaycan Rüzigarı” verilişində paylaşdım. “Azərbaycan Rüzigarı” həqiqətən  Türk dünyası birliyi üçün çox önəmli bir verilişdir. Bu program vasitəsi ilə Azərbaycanın zəngin gecmişi, tarixi, mədəniyyəti ilə tanış olub, yaşadığı sıxıntılarını  bilmək imkanımız  yaranır.Böyük Türk Sərdarı Mustafa Kamal Atatürkün sözlərindən ilham alaraq məndə demək istəyirəm ki,”Azərbaycanın sevinci bizim sevincimiz,kədəri bizim kədərimizdi”.

Kazım Karabəkir Paşanın kızı Timsal Karabəkir/İstanbul

Səidə Ömər mədəniyyət elçisidir.

 “Azərbaycan Rüzgarı” proqramı Azərbaycanı və azərbaycanlıları Türkiyədə daha yaxından sevdirən, könülləri isidən rüzgar kimidir. Bu proqrama Azərbaycan Millət vəkili Şahim İsmayılov və Gənclər və İdman Nazirlik çalışmaları,Virtual Qarabağ İKT Gənclər İctimai Birliyin sədri Nurəddin Mehdiyevlə birgə qonaq  olma şərəfinə nail olduğum üçün özümü şanslı hesab edirəm. Ssenari müəllifi olduğum “İrevan. Gizlenen gerçekler” filminin türkcə versiyasının tanıtımını məhz ilk dəfə “Azərbaycan Rüzgarı” proqramı gerçəkləşdirdi. Səidə Ömərin təqdim etdiyi “Azərbaycan Ruzigarı”nın  qonaqlarının hər biri Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinə xidmət edən tanınmış simalardır. Bu proqram Azərbaycan tarixini, mədəniyyətini, görkəmli azərbaycanlı sənətçiləri tanıtmaq və təbliğ etmək sahəsində müstəsna xidmət göstərir. Çəkdiyi zəhmətə görə Səidə xanım Öməri mübaliğəsiz olaraq qardaş Türkiyədə Azərbaycanın mədəniyyət elçisi adlandırmaq olar.

   Azərbaycan Prezident Kitabxanası Şöbə müdürü Dr.Nazim Mustafa/Bakı

Azərbaycanı qardaş ölkədə  təbliğ edən bu layihəyə müvafiq dövlət qurumlarımız hər cür dəstək verməlidir .

Hər zaman Türkiyədə Azərbaycanı, Azərbaycanda Türkiyəni düşündürən, mühüm işlər görülməlidir. Bir çox hallarda bizlər “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Bir millət, iki dövlət” formulundan çıxış edərək iki qardaş ölkə toplumları arasında bir-birini tanımağın və münasibətlərin yaxşı səviyyədə olduğunu düşünürük. Amma toplumların içərisində qısa araşdırma aparmaq yetərlidir ki, qarşılıqlı tanıma məsələsinin heç də qənaətbəxş olmadığını deyək. Bu baxımdan, qardaşlıq və dostluq münasibətlərinə arxayın olmadan, tanıtım işlərinin genişləndirməyə ehtiyac var. Türkiyədə “Bengü TÜRK TV”də yayınlanan “Azərbaycan rüzigarı” proqramı hesab edirəm ki, bu yöndə atılmış ilk effektiv, rəğbətlə qarşılanan bir layihədir. Həmyerlimiz gənc telejurnalist Səidə xanımın təqdimatında yayınlanan bu proqramda Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, önəmli günləri qardaş ölkə auditoriyasına çatdırlıır. Programda 20 Yanvar faciəsi,Xocalı acımız mövzu edilməsi bu programın türk dünyası üçün nə qədər böyük önəm daşıdığı anlama gəlir. Hesab edirəm ki, ölkəmizi qardaş ölkədə  tanıdan, təbliğ edən bu layihəyə Azərbaycanın uyğun dövlət qurumları hər cür dəstək verməlidir.

Türküstan Media  Grupunun  baş redaktoru Aqil Camal/Bakı

“Azərbaycan Rüzgarı” qısa zamanda sevilən programlardandır.

Bengü Türk TV-də iki ildən çoxdur yayınlanan “Azərbaycan Rüzgarı” qısa zamanda sevilən programlardan biri olub. Programı peyk vasitəsi ilə dünyanın hər yerindən izləmək mümkündür. “Azərbaycn rüzgarı”nın müəllifi və aparıcısının əməyi mübahisə edilməzdir. İstər klassik ədəbiyyat, istər xalq yaradıcılığı və digər seçdiyi mövzular tək Azərbaycanı deyil, bütün Türk Dünyasnı yaxından maraqlanandırır. Ona ayrılan efir vaxtından maksimum məhsuldar istifdə etməyi, arxa planda işinin məsuliyyətin dərk edərək diqqətli çalışmalarının olduğunu programına dəvət almış biri olaraq söyləyə bilərəm. Sədə xanımla “Üzeyir Hacıbeyli”,”Aşıq Ələsgər “haqqında programlar hazırlamışıq. Yayım sonunda,  Səidə xanım, Türk televiziyası tarixində ilk dəfə başdan sona bu şəxsiyyətləri təqdim etməyi bacardınız -demişdim. Səidə xanımdan əvvəl Türk televiziyalarında Azərbaycana aid çox az sayda proqramlar hazırlanıb. “Azərbaycan Rüzigarı” bu proqramlar arasında ən uzunömürlü olanıdır.  

Səidə xanımın tərcümeyi halına göz yetirəndə bu proqramın davamlı və uğuru olmasının səbəbi aydın olur. Səidə Ömər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakultəsi Kinorejissorluq bölümünü qırmızı diplomla bitirib, Kinorejissor, Azərbaycan Xalq artisti Oktay Mir Qasımovun tələbəsi olub, 2006-cı ildə Cəfər Cabbarlı adına kinostudiyada “Günaydın, Mənim Mələyim” filmində 1 il rejissor assisenti olaraq işləyib. Əlbəttə bu təhsil və stajlar program müəllifliyinə və aparıcılığına gedən yolda önəm daşımaqdadır. Hal-hazırda o,İstanbul Universitetinin Jurnalistika fakultəsində Radio, Televiziya, Kino bölümündə magistr tələbəsidir. Səidə Ömər “Azərbaycan Rüzigarı”nda Xəzər Dənizinin Xəzrisini, Gilavarını böyük həvəslə Mərmərə dənizində əsdirmiş,Türk dünyasına, İstanbuldan səslənmişdir.

Hər Azərbaycanlıın başarısı Azərbaycanın başarısı sayılmalıdır.

Bir sözlə “Azərbaycan Rüzigarı” Azərbaycanımızın,Türk Dünyamızın uğurudur.

 Araşdırmacı,yazar Cumhur Turan/İstanbul

“Azərbaycan Rüzigarı” verilişi TRT və digər böyük kanallardada yayımlanmalıdır.

Bengü Türk kanalında iki ildir yayımlanan bu veriliş ilə evlərimizdən içəri isti küləklər daxil oldu.Can Azərbaycanımızın mədəniyyəti bütün dəyərləri ilə tanıdıldı. Onsuz hər zaman çox sevir, həsrətini çəkirdik. Bu veriliş sayəsində içimiz isindi.

Arzumuz və diləyimiz bu verilişin yayımının davam etməsidir. Hətta hesab edirəm ki, bu verilişin təkcə Bengü Türk TV-də deyil, TRT və digər böyük telekanallarda yayımlanmalıdır. Çünki Türk milləti ən başda öz-özünü, yəni qardaşlarını  tanımalıdır. Məhz bu tanıtmanın arxasınca şüurlu bir sevgi seli gələcək və İsmayıl Qaspıralının “Dildə,Fikirdə və İşdə Birlik” prinsipi gerçəkləşəcəkdir. Bununla dünyanın hər yerindəki Türklər bir-birinə dəstək olacaq, başda Qarabağ və Doğu Türküstan olmaq üzərə Türk aləminin hər yerində azadlıq və hüzur bayrağı qururla dalğalanacaqdır.Bu vəsilə ilə “Azərbaycan Rüzgarı”verilişinin müəllifi və aparıcısı Səidə Ömər  kimi Asenalarımıza da ehtiyac var.

 Türk Dünyası sənətçisi Bünyamin Aksungür/İstanbul

Səidə xanım   bir millət, iki dövlət” anlayışını hafizəmizə nəqş edir  

Bengü Türk Televiziyasının dəyərli müəllifi və aparıcısı Səidə Ömər iki veriliş gerçəkləşdirdik. Can Azərbaycanımızın önəmli şairi Şəhriyardan, daha sonra isə 2019-il Azərbaycanda “Nəsimi” ili elan edilməsi münasibəti ilə İmadəddin Nəsimidən bəhs edərək veriliş boyu şairlərin andıq, onların şerlərini səsləndirk. Eyni zamanda Türkiyə tamaşaçılarına Bakıda Nəsimi ilə bağlı təşkil olunan konqresdə çıxışlarımdan və Bakı xatirlərimi paylaşdım.

Səidə xanım gerçəkdən Azərbaycan və Türkiyə qardaşlığına hizmət edərək  ,”bir millət,iki dövlət” anlayışını hafizəmizə naxış edərək önəmli işlər görür. Onu və bu fürsəti ona verən “Bengü Türk Tv”-nin rəhbərliyini təbrik edirəm. Azərbaycan türklük aləminin böyük dəyəridir. Mən də 40 ildirki Türk Ədəbiyyatı fəaliyyətini sürdürən bir akademik olaraq Azərbaycan Türklüyünün dilinə, şivəsinə, dəyərlər sisteminə, ədəbiyyatına və mədəniyyətinə xidmət etməyi bir şərəf vəsiləsi bilməkdəyəm. Bütün Türklük dünyasını birləşdirən klassik şairlərimiz və klassik şerimiz bizim üçün bir varlıq ,yoxluq məsələsidir. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı. 

 Prof.Dr. Muhammet Nur Doğan/İstanbul

Azərbaycan Rüzigarı” programı iki qardaş ölkə üçün çox önəmli xidmətdir.

Qardaş Türkiyəmizin televiziya məkanında hər həftə güclü “Azərbaycan rüzgarı” əsdirən gənc Azərbaycan qızı Səidə Ömər bu  işin öhdəsindən təkbaşına və yorulmadan, usanmadan, böyük  həvəslə, coşquyla gəlir. İstanbulda olarkən Səidənin proqramında görkəmli Azərbaycan aydını Salman Mümtaz haqında veriliş hazırlayarkən buna özüm şəxsən şahid oldum.

“Azərbyacan rüzgarı” programı genəlliklə Türk dünyasına, özəlliklə Azərbaycan –Türkiyə qardaşlığına çox önəmli və dəyərli bir xidmətdir. Bircə örnək. Salman Mümtazı Azərbaycanda çox yaxşı tanıyır və dəyərləndirirlər, ancaq qardaş Türkiyə seyirçisi tək-tək araşdırıcılar dışında onun adını belə eşitməyib. Halbuki o, Türkiyənin Mehmet Fuad Köprülüsü, İsmayıl Hikməti kimi böyük bir ədəbiyyatşünasıdır. Eyni zamanda

Azerbaycan Rüzgarı proagramı genellikle Türk Dünaysına,özellikle Azerbaycan türkiye kardeşliyi imçin önmeli bir hizmetdir.Azerbyacan için gerekli,büyük insan olan şair Salam Mumtazş Azerbyacan’ıkatliamından kurtaran,Bağımsız Azerbyacan devletinin kurulmasında büyük hizmelerde buluanan Türk Ordusunun Harbiye Bakanı Damat Enver Paşa ve kardeşi Nuru Paşaya yazdığı şiirleri Türkiye toplumuna seslendirmek çok önemli idi.Evet,Türkiyenin televizyonunda bu şahsiyet hakkında program eden mahz Seide hanım oldu.Bengü Türk kanalı oldu.Bengü Türk ailesine bu programın yayımı için çok teşekkür eder şükranlarımı sunaraım. Ermeni müqtədir şair olan Salman Mümtaz Azərbaycanı erməni qətliamından xilas etmiş, müstəqil Azərbaycan dövlətinin qurulmasında müstəsna rolları olmuş Türk Ordusunun hərbiyyə bakanı Damad Ənvər Paşaya və qardaşı Nuru Paşaya yazdığı şeirləri Türkiyə toplumuna səsləndirmək çox vacib idi.  Bəli,  Türkiyənin televiziya məkanında Salman Mümtaz kimi bir şəxs haqqında ilk proqramı edən şəxs məhz Səidə Ömər oldu və nə mutlu mənə ki, onun müəllimi olmaq xoşbəxtliyinə nəsib oldum.

Mən proqram hazırlanarkən Səidənin nə qədər həyəcan keçirdiyini, işinə məsuliyyətlə yanaşdığının şahidi oldum. O, İstanbuldan dəfələrlə mənə telefon açaraq, elektron poçtuma məktublar yazaraq onun proqramına qatılmağımı rica edib. Bu, onun təkcə şagird-müəllim sevgisindən deyil, prpoqramını ən yüksək səviyyədə hazırlamaq, proqrama Azərbaycanın ən tanınmış isimlərini, aydınlarını cəlb etmək istəyindən irəli gəlir.

Burasını gözdən qaçırmamalı ki, Səidə həm də ali təhsilini təkmilləşdirir. Onun işlə təhsili bir araya başarı ilə sığışdırmağı da bir üstünlüyüdür.

Əsl Azərbyacan xanımınıa xas olan xüsusiyyətləri ilə seyirçiləri televiziya ekranına cəlb edən Səidə Ömər “Azərbaycan rüzgarı”nı Türkiyədə Azərbaycanın səsinə çevirməyi bacarıb.

Prof.Ədalət Tahirzadə/Bakı Avrasiya Universiteti/Bakı

Səidə Ömər Türkiyə ilə Azərbaycan arasında Məkik toxuyan bir mədəniyyət elçisidir

Bilirik ki,yüz illər boyu Türkiyə və Azərbyacan ortaq mədəniyyətə sahib ölkələrdir.Özəlliklə musiqi sahəsində iki ölkənin bir-birinə nə qədər bənzədiyini, iki kültür arasında sıx bir könül bağı olduğunun fərqindəyik. Ancaq hardasa yüz il boyu iki ölkə və iki kültür arasında bağlılığın qopması nöqtəsinə gəldiyi də bir gerçəkdir. 1990-2000-ci illərdə iki ölkə arasında körpülərin təzədən qurulması bir çox baxımdan müsbət təsirləri oldu. Azərbaycan və  Türkiyə mətbuatı arasında qurulan bağlar iki ürəyi təkrar bi-birinə yaxınlaşdırdı. Beynəlxalq sərhədlərin içinə həbs olmamaq mədəniyyətin davamiyyəti üçün çox zaman müsbət bir faktor sayıla bilir. Bu gün hayatımızda radio ve televiziyanın hüdüdlarından kənarda geniş faaliyyət sahəsi, ölkələr baxımından bir gərəklilik və imkan olaraq gözə çarpır. Türkiyədə yayımlanan “Azərbyacan Rüzgarı” verilişinın uğurlu müəllifi və aparıcısı Səidə Ömər Türkiyə ilə Azərbaycan arasında Məkik toxuyan bir mədəniyyət elçisidir. Azərbyacan ləhçəli Türkçəsi ilə Türkiyə Türkcəsini uğurla təmsil etməsi ilə, milli geyimlərdə, dəvət etdiyi qonaqlarla söhbət havasında söhbətləri ilə televiziyamızı rəngləndirir.                       

 Doç.Dr.Ufuk Özcan/İstanbul

“Azərbaycan Rüzigarı” Türkiyənin efir məkanında Azərbaycanı yaşadır.

Bakını mənə sevdirən Azərbaycan ruzigarıdı ki,İstanbuldan Azərbaycanı sevdirir.

…Bakını küləyindən sevdim. Heç kim təccüblənməsin bu sözümə. Lap markalarını da yaza bilərəm. Təxminən 30-40 il bundan əvvəl sovet proyekti olan darısqal otaqların az qala yarısını tutan “Vosxod” və yaxud “Qarizont” televizorlarında Bakı bulvarından çəkilən möhtəşəm kadrları seyr edəndə bulvarda gördüyüm insanların bəxtəvər çöhrəsi, Xəzərdən əsən küləyə davam gətirməyib yellənən geyimlər, sifətlərə dağılan saçları görəndə mənə elə gəlirdi ki, haqqında söz açdığım bu külək bəxtəvərlik gətirir. Nəhayət həyatımın Bakı hissəsi başladı və mən doğrudan da bir vaxtlar xəyallarımda olan küləklə üz-üzə qaldım və onu daha da dərindən sevməyə başladım. Bakı küləyi ilə üz-üzə qalanda ona olan sevgim tamam başqaydı…2014-cü ildən başlayaraq həyatımın Türkiyə hissəsi davam edir. Doğma vətən qədər şirin olan Türkiyə mənə çox əzizdir. Amma Azərbaycan deyil! İndi qardaş ölkədə daha bir sevimli küləklə yol yoldaşıyıq. Bu “Bengü Türk” TV-nin ən sevimli proqramlarından olan “Azərbaycan rüzigarı”dır. Tanınmış telejurnalist Səidə Ömərin layihəsi əsasında həyata vəsiqə qazanan bu proqramın qonağı olmaqdan məmnun oldum. Amma məmnunluğum təkcə bununla bitmir. “Azərbaycan rüzigarı” sözün əsl mənasında Türkiyənin efir məkanında Azərbaycanı yaşadır. Bəli heç zaman unutmaram. İlk dəfə olaraq 20 Yanvar faciəsi ilə baqli gördüklərimi və bildiklərimi mən bu proqram vasitəsilə tamaşaçılarla geniş şəkildə canlı olaraq bölüşmək imkanım oldu.Hər dəfə bu proqramda Azərbaycanla bağlı yayımlanan verilişləri seyr edəndə qeyri-ixtiyari olaraq uşaqlıq yaşlarımda Bakı küləyini görmək arzularımı xatırlayıram. Bir vaxtlar Bakını mənə sevdirən bu ruzigar indi İstanbuldan Azərbaycana əsir. Keçib getdiyi hər bir məkana milli toxumlar dağıdır. Onları cücərdir və çoxaldır.

                   AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri,siyasi elmler  doktoru,

                                  Yazıçı,puplisis  Sabir Şahtaxtı/Ankara

Kaş ki bir neçə Səidə olsa…

Azərbaycan Rüzgarı…Bu adı ilk oxuduğunuzda, mütləq ağlınıza Bakının küləkli havası gəlmişdir. Hələ Bakıda yaşayıb indi qürbətdə olan və Bakını özləyənlərin əminəm ki, ürəkləri fərqli döyünmüşdür. Hətda Bakını gəzənlər belə Xəzərin sahilində əsən kuləkləri yaxşı bilirlər. Xeyir! Bakının küləklərindən bəsh etmirəm. Azərbaycanın diğər şəhərlərindən əsən küləklərdən də söz etmirəm.Gənc bir Azərbyacanlı qızın İstanbuldan əsdirdiyi Azərbyacan rüzgarından bəhs edirəm.

Onu Səidə Ömər olaraq tanıdım. İSTAD-ın () hazırladığı programlarda tanış olduq. Programlarımıza böyük həvəslə gələr və şerləri ilə programa rəng qatardı. Bir müddət sonra   xəbər aldım ki, Səidə xanım “Azərbaycan Rüzgarı” adlı bir program layihəsinə də başlamış. O programın seyircisi oldum. Verilişləri izləyəndə içimdən kaşki bir neçə Səidə daha olsa deyə geçirirəm. Kaşki Azərbaycan Rüzigarı daha da çox içimizə dolsa. Çünki o gözəl ruzigara doya bilmirik. Ne deyim ,belə qızlarımızın sayının çoxalmasını gözləyirik.

Sosyal bilimci ,yazar Mətin Yıldırım/İstanbul

Çox yaşa  Azərbaycanın böyük ürəkli, ağıllı, cəsur və qeyrətli qızı

“Azərbaycan Rüzigarı” programı  çox vacib olan yeganə verilişdir.Bu möhtəşəm programın həm mədəniyyət, həm siyasi, həm də iqtisadi anlamda Türk Dünyası üçün və özəlliklə də Azərbaycan və Türkiyə üçün önəmi çox böyükdür.

Türk dünyasının mədəniyyətini,geçmişini, adət və ənənələrini yaşadan və gələcək nəsillərə ötürən, işıq tutan önəmli programa dəfələrlə mən də qonaq oldum. Belə gözəl, cəmiyyətə işıq tutan programların olması  əlbəttə ki, ciddi anlamda maddi güc  sponsorlar istəyir. Ancaq bu programın ən böyük qəhrəmanı programın müəllifi və aparıcısı olan Səidə xanım Ömərdir.

Səidə xanım Azərbaycandan Türkiyəyə təhsil almaq üçün gələn bir magist tələbəsidir. Bu qədər sıxıntılar arasında heç bir qurumdan, heç bir insandan və ya  heç bir yerdən maddi dəstək almadan bir tələbə olaraq böyük məsuliyyət tələb edən bir programın öhdəsindən təkbaşına uğurla gəlməsini sadəcə və sadəcə ayaqda alqışlanır.

Çox yaşa,  Azərbaycanın böyük ürəkli, ağıllı, cəsur və qeyrətli qızı Səidə Ömər. Çox yaşa ki, Türk dünyasının gizli qalan dəğərləri gün üzünə çıxsın.

Unesco ödüllü, Aşıq Maksud Koca (Fəryadi)/İstanbul

Bu rüzigarla çox sayda önəmli şəxslər Türkiyə seyircilərinin görüşünə gələrək  kimisi şairlərimizi,kimisi tariximizi,kimisi mədəniyyətimizi anlatdı.Amma hər mövzumuzda Qarabağ dərdimiz,Xocalı fəryadımızı dilə gəldi.Məhz bu dəsti xətti ilə bu program  Türkiyə televiziyasında ilkə imza  atdı .Azərbaycan Diaspor Dəstək Fondu ilə yayımlanan bu program bir sözlə türk dünyasının qapısı Azərbaycandan əsərək bütün Türk dünyasını gəzib dolaşa bildi.

   Programa uzun ömür arzulayırıq ,arzu edirik ki,Azərbaycan Rüzigarı qardaş ölkə Türkiyədə dünya var olduqca əssin. 

                                 

Esmira Yazkan Aslanova

Respublika qəzetinin Türkiyə üzrə müxbiri

Əvvəlki məqaləSudanın baş nazirinə sui-qəsd olub
Növbəti məqalədəNə üçün Türkiyə buna milyardlar xərcləməlidir? – Prezident