ABŞ qırıcıları İran ordusunu bombaladı – Onlarla hərbçi həlak oldu

0
158619

VOICEPRESS Anadolu agentliyinə istinadən xəbər verir ki, qırıcılar Bukemal və Hizam rayonlarında 3 hərbi məntəqəni hədəfə alıb. Əməliyyatlar zamanı İran İslam İnqilabı Keşikçiləri Korpusunun çox sayda əsgərinin və Tehranın dəstək verdiyi qruplaşmanın üzvlərinin həlak olduğu deyilir. Məlumata görə, hava əməliyyatları ABŞ-ın Bağdaddakı bazasının vurulmasına cavabdır.

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri Suriyada İrana məxsus hərbi obyektlərə hava zərbələri endirib.

Xatırladaq ki, ötən gecə “Taci” hərbi bazasına raket hücumu nəticəsində 2 amerikalı və 1 britaniyalı hərbçi həlak olub. 11 əsgər yaralanıb.