ABŞ-dan Rusiyaya daha bir zərbə – Yeni sanksiya

0
150313
Two powers

ABŞ-ın Ticarət Nazirliyinin sənaye və təhlükəsizlik bürosu bu ölkənin firmalarına Rusiyanın “Avilon” və “Texnomar” şirkətlərinə mal göndərmək və xidmət göstərməyi qadağan edib.

VOİCEPRESS-in xəbərinə görə, nazirlik bu barədə yaydığı açıqlamada adı çəkilən Rusiya şirkətlərinin “ABŞ-ın xarici siyasət və milli təhlükəsizliyi əleyhinə” fəaliyyət göstədiklərini bildirib.

Qeyd edək ki, hər iki şirkətin baş ofisi Moskvada yerləşir. Onlardan biri avtomobil və avadanlıqlar, digəri isə hidroqrafiya və okeanoqrafiya avadanlıqlarının satışı ilə məşöul olur.

Bildirilir ki, adı çəkilən şirkətlərə qarşı sanksiya onların Rusiyanın artıq “qara siyahı”da olan “Texnopol” şirkəti üçün ABŞ-dan avadanlıqlar almağa cəhd etməsi ilə əlaqdar tətbiq olunub.

“Texnopol” hidroqrafiya və dəniz geologiyası üzrə ixtisaslaşıb.