Ərdoğandan SON DƏQİQƏ koronavirus açıqlaması: “Ciddi nəticələri olacaq”

57735

Könüllü və ya məcburi karantin tətbiqləri səbəbilə gündəlik həyatı dayanma nöqtəsinə gətirən belə bir prosesin ciddi iqtisadi nəticələri ortaya çıxacaq.

VOİCEPRESS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Koronavirusla Mübarizə Koordinasiya Toplantısından əvvəl açıqlama verən prezident Türkiyənin epidemiyaya qarşı mübarizə ilə yanaşı, həm də istehsalı, ticarəti, iqtisadiyyatı canlı tutmağa məcbur olduqlarını dilə gətirib: “Kovid-19-la mübarizə apararkən sənayesi və ticarəti ilə bütün iqtisadiyyat çarxlarının işləməyə davam etməsini təmin etmək, əlbəttə, asan deyil. Bunun üçün dövlətin üzərinə düşən öhdəliklərlə yanaşı, özəl sektorun da görəcəyi işlər var. Ölkəmizi sağlam şəkildə bu prosesdən çıxardıqdan sonra qarşımızda əvvəlkindən daha böyük fürsətlərin bizi gözlədiyini indidən görə bilirik”.

Ərdoğan Çindəki epidemiya dövrünün Avropa başda olmaqla, bütün dünyanı istehsal mövzusunda alternativ axtarışa təşviq etdiyini bildirib.

Əvvəlki məqaləQrip və soyuqdəymə zamanı əsla bunu etməyin, yoxsa… – Nazirlikdən XƏBƏRDARLIQ
Növbəti məqalədəİranda koronaya qarşı dərman test edildi: istifadəsi başladı