Türkiyədə koronavirusun diaqnostikasında istifadə olunacaq yeni cihaz hazırlanıb.
VOICEPRESS xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Qeyd olunub ki, hazırda dünyada istifadə edilən üsulla virus orqanizmdə 4-24 saat ərzində aşkarlanır. Lakin yeni üsul vasitəsilə bu nəticəni 90-120 dəqiqəyə əldə etmək mümkündür. Testin 99.5 faiz doğru nəticə verdiyini qeyd edən nazir yeni cihazın ölkə xaricində də satışının planlaşdırıldığını bildirib.








