Türkiyənin 4 partiyası İdlibə görə birləşdi – Bəyanat

96608

Türk ordusuna edilən hücumla bağlı Türkiyənin siyasi partiyaları – AKP, CHP, MHP və İYİ ortaq bəyanat yayıb.

VOİCEPRESS xəbər verir ki, bəyanatda İdlibdəki xaincəsinə edilən hücum qınanılıb.

“Həll yolunun siyasi üsullarla əldə ediləcəyinə inanırıq. Türk ordusunun vəzifəsini yüksək səviyyədə müvəffəqiyyətlə yerinə yetirəcəyinə tam arxayınıq.

Bu alçaq və mənfur hücumu Türkiyə Böyük Millət Məclisində aşağıda imzası olan partiyalar olaraq şiddətlə və nifrətlə qınayırıq. Bildiririk ki, bölgədəki humanitar dramın qarşısı alınmalı və əsgərlərimizə edilən hücumlara beynəlxalq hüquq tərəfindən dəstəklənən siyasi yollarla cavab verilməlidir”, – bəyanatda qeyd olunub.

Əvvəlki məqaləQərargah təcili toplandı: Bu uşaqları məktəbə göndərməyin
Növbəti məqalədəErmənistan səfirliyi önündə kütləvi etiraz