Türkiyədən Əsədə ağır zərbə: 1709 hərbçi, 55 tank, 3 helikopter…

119315

Fevral ayının 10-dan bəri Türkiyə ordusunun və Suriya müxalifətinin İdlibdə həyata keçirdiyi əməliyyatlar nəticəsində 1709 suriyalı hərbçi həlak olub. 55 tank, 15 zirehli texnika, 29 silah və 3 helikopter məhv edilib.

VOİCEPRESS xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeti məlumat yayıb.

Qeyd edək ki, Suriya ordusunun Soçi sazişini pozaraq İdlibə hücum etməsi Ankaranı hərəkətə keçirib. Türkiyə İdlibə çox sayda hərbçi və zirehli texnika cəlb edib.

Əvvəlki məqaləTürk ordusu rus təyyarələrini atəşə tutur? – Cavab
Növbəti məqalədəİdlibdən qara xəbər – Türkiyə 33 şəhid verdi