Türkiyə XİN: “Azərbaycanda parlament seçkilərinin demokratik keçməsini təqdirəlayiq hesab edirik”

173668

“Fevralın 9-da qardaş Azərbaycanda keçirilən parlament seçkilərinin uğurlu olmasını arzu edirik”.

VOİCEPRESS-in yerli bürosunun xəbərinə göə, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün Azərbaycan Milli Məclisinə keçirilən seçkilərlə bağlı yaydığı açıqlamada belə bildirilib.

Açıqlamada seçkilərin bütün ölkə boyu sabit və demokratik şəraitdə keçirilməsi təqdirəlayiq hesab edilib: “Yeni Azərbaycan Partiyasının seçkilərdə qalib olması ilə əlaqədar partiyanın lideri, Przident İlham Əliyev təbrik edirik”.

Türkiyə XİN Azərbaycanda aidiyyəti dairələrin seçkilərin demokratik və şəffaflıq şəraitində keçiriıməsi üçün əvvəlcədən göstərdikləri cəhdləri və xalqın seçki prosesində nümayiş etdirdiyi fəallığı yüksək dəyərləndirdiyini də qeyd edib.

Əvvəlki məqaləSaxtakarlığı qiymətləndirə bilməyən MSK Parlamentdən öncə buraxılmalıydı…
Növbəti məqalədəMSK Milli Məclisə seçkilərin nəticələrini fevralın 29-dək yoxlamalı və yekun vurmalıdır