Türkiyə lazım olan addımları atır – Spiker

0
195197

Türkiyə Silahlı Qüvvələri əməliyyatlarına davam edir. Türkiyə lazım olan addımları atır.

VOİCEPRESS xəbər verir ki, bu sözləri TBMM sədri Mustafa Şəntop bildirib.

“Diplomatik və hərbi olaraq lazım olan addımları atırıq. Gərginliyin qarşısını almaq üçün lazım olanı edəcəyik. Bu, daxili və xarici siyasətdən də önəmlidir”, – Şəntop deyib.

Qeyd edək ki, Əsəd ordusunun ötən gecə İdlibdə hücumu nəticəsində 33 türk əsgəri şəhid olub. Bunun ardınca Türkiyənin qisas əməliyyatı başlayıb.