Türkiyə kubokunda son iki yarımfinalçı və cütlər bilinib

32591

Türkiyə kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

VOICEPRESS saytının məlumatına görə, bu gün cavab oyunları çərçivəsində son iki görüş keçirilib.

“Trabzonspor” ilk oyunda olduğu kimi, cavab qarşılaşmasında da “Ərzurumspor” üzərində böyükhesablı qələbəyə sevinib.

Superliqanın lideri “Sivasspor” öz meydanında “Antalyaspor”u qəbul edib. Antalyada olduğu kimi, Sivasda da bərabərlik qeydə alınıb. Lakin səfər matçında qol vurduğu üçün “Antalyaspor” adını yarımfinala yazdırıb.

Bu nəticələrdən sonra yarımfinal mərhələsinin cütləri də müəyyənləşib. Finala vəsiqə uğrunda “Trabzonspor” “Fənərbaxça” ilə, “Alanyaspor” isə “Antalyaspor”la qarşılaşacaq. Bu mərhələnin oyunları 3-5 mart və 21-23 aprel tarixlərində olacaq.

Türkiyə kuboku
1/4 final mərhələsi, cavab oyunları
13 fevral
“Ərzurumspor” – “Trabzonspor” – 1:4

Ayaroğlu, 17 – Gilyerme, 9, 46; Parmak, 68; Kınalı, 83
İlk oyun – 0:5

“Sivasspor” – “Antalyaspor” – 1:1
Öztəkin, 31 – Doğukan, 49
İlk oyun – 0:0

Əvvəlki məqalə35 saylı Xətai Üçüncü Seçki Dairəsində nəticələr ləğv olunub
Növbəti məqalədəTürkiyə XİN Suriya parlamentinin qondarma “erməni soyqırımı”nı tanımasına münasibət bildirib