Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib

133434

Türkiyə-İran sərhədində zəlzələ Naxçıvanda hiss edilib.

VOICEPRESS-in Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, bu gün yerli vaxtla saat 09:52-də Naxçıvan stansiyasından 110 km cənub-qərbdə Türkiyə-İran sərhədində 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 4-3 bala qədər hiss olunub.

***

saat 10.11

Bu gün səhər saatlarında İranda güclü zəlzələ olub.

VOICEPRESS-in Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 08.53 radələrində İranın Xoy şəhərində 5.9 maqnitudalı zəlzələ olub.

Dağıntı və tələfat barədə məlumat verilmir.

Əvvəlki məqaləTürk ordusu hücuma keçdi: 21 hədəf məhv edildi
Növbəti məqalədəMSK sədri: “57 saylı Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər”