Türk ordusu rus təyyarələrini atəşə tutur? – Cavab

120363

Türkiyə hərbçilərinin Rusiya Hərbi Kosmik Qüvvələrinə aid qırıcılara atəş açması barədə rus KİV-lərinin yaydığı məlumatlar həqiqəti əks etdirmir.

VOİCEPRESS xəbər verir ki, bu barədə Anadolu agentliyinə Türkiyə güc strukturlarındakı mənbə məlumat verib.

“Atəşkəs rejiminin saxlanılması üçün İdlibdəki deeskalasiya zonasında olan Türkiyə hərbçiləri heç bir halda Rusiya hərbçiləri və aviasiyasını hədəf kimi seçməyiblər”, – mənbə bildirib.

Qeyd edək ki,  ötən gün rus mediası türk əsgərlərinin Rusiyanın hərbi təyyarələrini raket atəşinə tutduğu barədə qeyri-rəsmi məlumat yaymış və bu məlumat bütün rus mediasında yayılmışdı.

Bu xəbərin türk ordusuna Əsəd rejim qüvvələrinin hücumundan az öncə yayılması da diqqət çəkir.

Əvvəlki məqaləRusiyadan türk əsgərlərinə hücumla bağlı – Şok açıqlama
Növbəti məqalədəTürkiyədən Əsədə ağır zərbə: 1709 hərbçi, 55 tank, 3 helikopter…