Türkiyə Quru Qoşunları Komandanlığının inventarında olan TRG-300 Kaplan raketləri ilk dəfə İdlibdə düşmənin müəyyən edilmiş hədəflərini məhv edib.
VOİCEPRESS xəbər verir ki, sözügedən raketlərlə Əsəd rejiminin mövqeləri darmadağın edilib.
Qeyd edək ki, 120 km-lik mənzilə sahib “Kaplan” hədəfin dəqiq müəyyən edilməsi və məhvetməsi ilə diqqət çəkir.








