Türk ordusu hücuma keçdi: 21 hədəf məhv edildi

134039

Türkiyə ordusu İdlibdə daha bir şəhid verib.

VOİCEPRESS xəbər verir ki, müqavilə əsasında Türkiyə Silahlı Qüvvələrində xidmət edən Məcid Dəmir Əsəd rejimi tərəfindən atılan bomba nəticəsində həlak olub.

Xatırladaq ki, fevralın 20-də İdlibdə aviazərbələr nəticəsində 2 türk hərbçisi şəhid olub.

***

İdlibdə Türkiyə ordusuna qarşı edilən hücumdan sonra bölgədə rejimə məxsus 21 hədəf müəyyən edilərək məhv edilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Şəhidlərimizin qanı heç vaxt yerdə qalmayıb və bundan sonra da yerdə qalmayacaq. Türkiyə ordusuna qarşı edilən hücumdan sonra bölgədə rejimə məxsus 21 hədəf müəyyən edilərək məhv edilib. Prosesləri izləyirik və tərəfimizdən lazımi tədbirlər görülür”, – nazirliyin məlumatında bildirilir.

Əvvəlki məqaləTürkiyə səfiri: “Ərdoğanın Azərbaycana səfəri zamanı bir sıra sənədlərin imzalanması gözlənilir”
Növbəti məqalədəTürkiyə-İran sərhədində zəlzələ Naxçıvanda 3-4 bal hiss edilib