Saxtakarlığı qiymətləndirə bilməyən MSK Parlamentdən öncə buraxılmalıydı…

160402

Cənab Prezident ölkədə isahatlar aparır.  Davos kimi nüfuzlu bir qurumdan “mənim ölkəmdə şəffaf və demokratik seçki baş tutacaq” deyə verdiyi mesajla əslində Cənab Prezident  bəzi saxta yollarla, qeyrət və vicdanlarına sığışdıraraq özlərini  deputat elan etmək uğrunda sözün əsil mənasında “siyasi pozğunçuluqla”  məşqul olanlara xəbərdarlıq edirdi.

Seçki keçirildi. Özüdə min bir hoqqa ilə. Almaniyadan tutmuş, Vyetnama qədər, Baltik ölkələrindən tutmuş qardaş ölkə Türkiyədən belə müşahidəçi gəlib   saxta seçkilərimizi izlədi. İndi bir sual verəcəyəm: Görəsən saxta keçirilən seçkilərimizin “demokratik və şəffaf keçirildi” demələrinə görə, xarici müşahidəçilər nə qədər vəsait qazanıb? Alman, litvalı, latviyalı, gürcü, rus və digər ökələrin nümayəndələri rayonda 300-500 manatla satın alınan icra nümayəndələri vəya mıntəqə komissiya sədrləri deyil. Yəni xaricilər öz fikrini daha böyük məbləğdə vəsaitə dəyişirlər.

Maraqlı bir məqam ondan ibarətdir ki,  illərdir seçkilərin saxtalaşdırlmasına dair məsələlər gündəmə gətirilir, Parlament buraxılır amma MSK nın tərkibi başda Məzahir Pənahov olmaqla dəyişdirilmir. Ona görə də, toplananların yerini dəyişdikdə, nəticə dəyişmir.

 MSK – saxtakarlıqlara və müraciətlərə qarşı kor və lal kimi nəzər salaraq, yenədə “Heç bir qanunsuzuq qeydə alınmayıb” deyə əzbərlədilmiş cümlələrlə çıxış etməyə davam edir.

  Əgər, qeydə alınan saxtakarlıqara heç bir reaksiya verilməsə , Məzahir Pənahova bu seçkidən sonra Azərbaycanın Koperfildi adını vermək mümkündür. Çünki dünya şöhrətli David Kopperfild kimi qutuya nə atımasından və seçici etirazlarından asılı olmayaraq, istənilən namizədi qutudan çıxartma bacarığına malikdir.

Bunu heç kəs dana bilməz. Hətta Tramp impiçmentdən keçə bilməsəydi deyilənə görə, Amerikadakı seçkilərin saxtalaşdırlması üçün bizim MSK-nın seçki saxtalaşdırması təcrübəsindən istifadə edəcəkdi.

İnsanlar yer üzündə ən zalım  və  ən də şüurlu canlıdır. Adamı da yandırıb tökən məsələ odur ki, nə qədər şüurludursa, bir o qədər zalımdır. Biz bütün bunları bilərək, ölkəmizdə Avropa oyunları, railər, dünya futbol çempionatları  keçiririk ki, hər kəsə  kübar və aristokrat olduğumuzu sübut edək, İnkişafımızı göstərək. Amma bu gün keçirilən seçkilərlə ilərdir götərdiyimizin əksini göstərdik.

Hər kəsə Ermənistan nümayəndələrinin ölkəmizə gəlişindən necə rahatsız və hüzursuz olduğum məlumdur. Gəncədə və  Şəkidə  düşməni  gəzdirmək, düşmənlə selfi çıkdirib, masa arxasında çörək yemək gərəkmir. Baxın bu gün bütün dünyaya bar-bar bağırdığımız demokratik seçki anlayışını sübut etmək üçün niyə işğalçı Ermənistandan nümayəndə dəvət olunmadı?  Çünki düşməni satın almaq olmayacaqdı və hər saxtakarlıq  nümayiş olunacaqdı…

Hüquq mühafizə orqanları saxtakarları deyil, onun ifşa edənlərə qarşı güc tətbiq edirdi. İcra nümayəndələrindən adi namizəd söz soruşa bilmədiyi halda,  icra nümayəndələrinin dili ilə desək “yuxarının müəyyən etdiyi namizəd”in qutudan çıxması üçün hər bir vicdansızlıq, xainlik  və  “siyasi fahişəli”yə imza atıldı.

Gülçin Çinar

Əvvəlki məqalə“Opinion Way” təşkilatının keçirdiyi “exit-poll”un nəticələri
Növbəti məqalədəTürkiyə XİN: “Azərbaycanda parlament seçkilərinin demokratik keçməsini təqdirəlayiq hesab edirik”