“SAM PATIENT SERVICES”-in xidmətləri Türkiyədə yüksək səviyyədə müalicə almaq istəyən insanlar üçün xarici pasport qədər önəmli və vazkeçilməz bir xidmət növüdür…

0
242184

“SAM PATIENT SERVICES”: Türkiyədə Professional və təcrübəli həkimlər ilə bərabər çalışaraq, xaricdən tibbi turizm adına Türkiyədən yana seçim edən xəstələrin müalicələrinin ən yaxşı və ən modern tibb mərkəzlərində həyata keçirilməsini təmin edən turizm xidmətidir”. VOİCEPRESS olaraq, Türkiyəyə gələn bütün turistlərin, xarici xəstələrin ən etibarlı və möhtəşəm tibbi xidmət alması üçün ölkədə çox önəmli xidmət verən bir şirkətin fəaliyyətini hərkəsə tanıtmaq adına karar verdik. Bu səbəbdən də,  “SAM PATIENT SERVICES” kimi  yüksək fəaliyyət potensialı olan bir şirkətin Baş koordinatörü, xanım Qamzə Biçerlə reportajımızı diqqətinizə çatdırırıq:

– Xaricdən Türkiyəyə çox sayda xəstə gəlir. Amma bu xəstələrin əfsuslar olsun ki, bir çox hallarda bir çox xəstələr umduqları müalicə ala bilmirlər. Çox zaman yalnış seçilmiş həkim, yalnış müalicə və ya ümumilikdə qənaətbəxş tibbi yardım ala bilmədiklərini görürük.  Ona görə də, bu kimi halların qarşısını almaq üçün Türkiyəyə ölkə xaricindən gələn xəstələrin yüksək tibbi və turizm xidmətləri almaları üçün “SAM PATIENT SERVICES” kimi bir xidmət növü fəaliyyət göstərir. Bununla bağlı fikrinizi öyrənmək istərdik…

-“SAM PATIENT SERVICES” – Professional və təcrübəli və mütəşşəkil çalışma çəklinə sahib komanda heyyəti ilə Türkiyədə bu sahədə birinci sıradadır.  “SAM PATIENT SERVICES” Türkiyəyə gələn xəstələrin ən qabaqcıl tibb mərkəzlərində və yüksək standartlara cavab verən  otellərdə yerləşməsi üçün etibar ediləbiləcək bir xidmət təklif edir. Şirkətin başlıca məqsədi Türkiyəyə üz tutan xəstələrin yüksək səviyyədə xidmət almaqla yanaşı, həm də iqtisadi baxımdan ciblərinə uyğun bir şəkildə müalicə olunnmaqla   yanaşı, gözəl istirahət edə bilmələrini reallaşdırmaqdır. Bununla yanaşı “SAM PATIENT SERVICES”  bu gün Türkiyəyə üz tutan hər bir xəstəni   individual olaraq   qarşılayır və ona ən yaxını kimi gərəkli qayğını göstərməyə çalışır. Bu gün “SAM PATIENT SERVICES”-in xidmətləri Türkiyədə yüksək səviyyədə müalicə almaq istəyən insanlar üçün xarici pasport qədər önəmli  və vazkeçilməz bir xidmət növüdür.

-Fəaliyyət formatınız maraqlıdır. Bir nümunə göstərə bilərsinizmi? Məsələn, bir xəstə Türkiyədə müalicə almaq istəyir, bu zaman siz nə edirsiz? Yəni sizin işiniz nədən ibarət olur?

-Xəstə ilk növbədə bizimlə əlaqə saxlayaraq, şikayətlərini və daha öncə həkimlər tərəfindən ona qoyulan diaqnoz nəticələrini  bizə göstərir. Tibbi konsultasiya keçirilir. Xəstənin şikayətləri və diaqnoz nəticələri həkim mütəxəssislərə tərəfimizdən çatdırılır. O həkimlər tərəfindən komanda heyyətimizə xəstənin müalicə növü və bunun əhatə edəcəyi təxmini zaman deyilir. Bu işlə məşqul olan komanda nümayəndəmiz xəstəyə xəstəliyinin mövcud vəziyyəti haqqında, müalicə növü haqqında eyni zamanda bunun iqtisadi baxımdan ən uyğun şəkildə maliyyə tərəfi haqqında da  məlumat verilir. Müalicəyə razılıq verən xəstələrlə gəlmə  tarixləri, otel və qarşılanma ilə bağlı xırdalıqlarda ayrıca onların istəklərinə uyğun bir şəkildə razılaşdırılır. Xəstələrin seçim edə bilmələri üçün onlara təqdim etdiyimiz bir neçə VİP otellər içərisindən onların seçimlərinə uyğun komandamız tərəfindən bron əməliyyatı aparılır. Xəstələr havalimanından komandamız tərəfindən qarşılanır. VİP servis vasitəsi ilə xəstənin vəziyyətindən asılı olaraq, otelə və ya xəstəxanaya yerləşdirilir. Bəzən xəstələrin vəziyyətinin riskli olduğunuzu nəzərə alaraq, havalimanından onları təcili yardım maşını ilə qospitalizə edilməsini də həyata keçiririk. Xəstələrin ölkəmizdə problemsiz telefonla danışa bilmələri üçün tərəfimizdən telefonla da təmin olunurlar. Bütün müalicə proseduru bitdikdən sonra, yəni ən yüksək şəkildə müalicə almış xəstələri öz ölkələrinə yola salmaq üçün komandamız onları hava limanına qədər yola salır.

-Qamzə xanım, əfsuslar olsun ki, bir çoxları tibbi turizm dedikdə Türkiyədə sadəcə kliniki xidmətləri (yəni əməliyyat gərəkdirən tibbi xidmətləri) düşünürlər. Həqiqətən də, bu gün sizə sadəcə kliniki xidmətlər üçünmü müraciət edirlər?

-Təbii ki, yox. Tibbi turizm dedikdə ümumilikdə iki böyük sahənin eyni anda təqdim edilməsi düşünülməlidir. Tibb və turizm sahələri iki fərqli və çoxşaxəli tərəfləri olan sahələrdir. Tibbi turizm əslində həm ziyarət, həm ticarət xarakteri daşıyan bir yanaşma tərzidir. Əslində bu çox geniş bir mövzudur. Ətrafında uzun uzadı danışmaq olar. Ama tibbi xidmətlərə gəldikdə isə ən başda piylənmə ilə əlqəli olan cərrahiyyə, Metabolik Cərrahiyyə (Diabet Cərrahiyyə), Diş Sağlamlığı (implant, diş əməliyyatı, diş estetikası), Estetik Cərrahiyyə, Göz (lazer əməliyyatı, linzaların dəyişdirilməsi)iləəlaqədar xəstələr müraciət edirlər. Eyni zamanda klinik xidmətlər sayılan check up müayinəsi  və diğər tibbi xidmətlər ilə əlaqədar  müraciət edən xəstələrimizə də xidmət etməkdəyiz. Bəzi hallarda təbii müalicə və ya sadəcə istirahət üçün də müraciət edənlər olur. Bizim başlıpca məqsədimiz türkiyəyə gələn xarici vətəndaşlara Türk adət-ənənələrinə dayanaraq, qonaqpərvərliyimizi tanıtmaq və onlara xidmət etməkdir. Ona görə də, biz Türkiyəyə sadəcə müalicə üçün gələnlərə deyil, eyni zamanda istirahət üçün gələnlərə də yüksək səviyyədə xidmət göstəririk.

Anladığımız qədəriylə qeyd etdiyiniz xidmətlər ümumilikdə Türkiyəyə gələn xarici vətəndaşların iqtisadi baxımdan uyğun qiymətə və daha yüksək müalicə imkanları ala bilməsi üçün “xarici pasport” qədər önəmli faktordur. Ama xaricdə müalicə almaq istəyən Türk vətəndaşlarına necə, yardım etmək üçün belə bir programınız varmı?

-Keyfiyyətli, yüksək texnoloji sahədə Türkiyənin dəyərli mütəxəssisləri ilə tibbi turizmlə ilk sıralarda olan ölkələr arasında bu gün Türkiyə üçüncüdür. Bu gün Avropa ölkələrində tibbi  xidmət həm çox bahalıdır, həm də müalicə üçün növbə gözləyən  xəstələr  uzun müddət gözləmək məcburiyyətində qalırlar. Bir ölkə olaraq bu sahədə yetəri qədər təcrübəmiz  və üstünlüklırimiz var. Ona görə də, hazırda bununla bağlı hər hansısa bir planımız yoxdur.

-Her kəsi maraqlandıran ən önəmli sualı vermək istəyirik. Təbii ki, xidmətiniz xəstənin istəklərinə göər dəyişə bilir. Ama ümumilikdə bir xəstənin qarşılanması, xəstəxanaya yerləşdirilməsi və yola salınması kimi standart xidmətləridən kınara çıxmadan sizlərin xidmət haqqınız çox mu bahadır? Yəni bu qədər dolandırıcılıqla üzləşən insanlar, nə üçün bu məbləği ödəmək gərəyi hiss etmirlər? Gərçəkdən bu çox böyük mü maliyyə tələb edir?

-Bununla bağlı səmimiyyətimizə dayanaraq deyə bilərəm ki, xəstələrimiz Türkiyənin ən yüksək səviyyəli sağlıq mərkəzlərində və mütəxəssis həkimlərin xidməti ilə  ən önəmlisi onların etibar edə biləcəyi bir şəkildə  fəaliyyət proqramı təqdim edir. Onu deyim ki, bizim ən yüksək səviyyəli xidmətimiz iqtisadi baxımdan ən uyğun qiymətədir. Hava limanından qarşılamqdan tutmuş, VİP şəhər içi transferlər daxil, ən lüks otellərdə qnaqlama xidmətləri təqdim edilir. Həm ekonom, həm də VİP xidmətlərimizlə xəstələrimizi  razı salaraq, ölkələrinə yola salırıq. Xəstələrimizi razı salmaq bizim üçün önəmli faktordür.

-Sizin xidmətlərinizdən yararlanmak adına ən çox sizə müraciət edən ölkələr arasında ilk üçlükdə hansı ölkələrdir?

-Bu fəsilə görə dəyişir. Bu gün ilk sırada Avropa ölkələrindən İngiltərə, İrlandiya və Almaniyadır. Türkiyə eyni zamanda turizm ölkəsi olduğu üçün xəstələr daha çox tətil və müalivə məqsədi ilə yay aylarına üstünlük verirlər. Yaz aylarında ilk sıranı Rusiya və Avropa ölkələrinin olacağını təhmin edirik…

P.S

Dərhal mərkəzə müraciət edin! – (+90) 549-500 40 36