Rusiyadan türk əsgərlərinə hücumla bağlı – Şok açıqlama

0
196728

Türkiyə həmin bölgədə türk əsgərlərinin olduğu ilə bağlı bizə məlumat verməmişdi.

VOICEPRESS xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Suriyada müxalifət qüvvələri İdlibdə böyük hücuma hazırlaşırdı. Biz həmin bölgədə türk əsgərinin olduğunu bilmirdik. Rusiya təyyarələri hava hücumunda iştirak etməyib”, – açıqlamada qeyd olunub.

Qeyd edək ki, Əsəd rejimi Rusiya hərbi təyyarələrinin hava dəstəyi ilə Türkiyə əsgərlərinə havadan zərbə endirib. Nəticədə 33 türk əsgəri şəhid olub.