Rusiya Təhlükəsizlik Şurasının iclasında İdlib və koronavirus müzakirə edilib

142624

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib.

VOİCEPRESS-in Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclasda Suriyanın İdlib əyalətində yaranmış gərgin vəziyyətlə və terrorçu qruplaşmaların fəallaşması ilə əlaqədar fikir mübadiləsi aparılıb.

Bundan başqa, iclasda koronavirusun yayılması və bunun dünya iqtisadiyyatına təsiri müzakirə olunub.

Əvvəlki məqaləMüşviq Cəfərovun da namizədliyi ləğv edilə bilər…
Növbəti məqalədəLukaşenko Putinlə danışıqlarının detallarını açdı