Qeyriadi mənzərə: Maskalı toy olaraq tarixə düşdü…

190611

Koronovirus bəlası davam etsə də həyat bir yandan axıb gedir. Çindən yayılmış bir toy şəkli dünya mətbuatında maraqla qarşılanıb.

VOİCEPRESS-in verdiyi xəbər görə, 02.02.2020 tarixini qaçırtmaq istəməyən bəy və gəlin qadağalara və təhlükələrə baxmayaraq evlənməyə qərar verib. Bu rəqəmin Çin inancına görə “səni sevirəm” anlamı verməsinə önəm verən sevənlər toyu təxirə salmayıblar. Lakin toyda bəylə gəlin daxil olmaqla bütün qonaqlar maska taxaraq iştirak ediblər.

Xatırladaq ki, Çində bu günlərdə toy və yas mərasimlərinin keçirilməsi qadağan olunub.

Əvvəlki məqaləPrezident Ərdoğan: “Hücumların hesabını soruşmağa davam edəcəyik”
Növbəti məqalədəErmənistanda deputat oğlu əsgəri intihara vadar etdi, etirazlar başladı…