Prezident Ərdoğan: “Hücumların hesabını soruşmağa davam edəcəyik”

526233

VOİCEPRESS-in verdiyi xəbərə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İdlibdəki hücumla bağlı “Türkiyə bu hücumun cavabını qat qat verib, verməyə də davam edir.” deyib.

Bizimyol.info-ya Türkiyə səfirliyindən verilən məlumata görə, Prezident Ərdoğan Ukraynaya yola düşməzdən əvvəl Atatürk hava limanında keçirdiyi mətbuat konfransında təxminən 40 nöqtənin davamlı əməliyyat hədəfləri arasında olduğunu və bölgədə təyin olunan nöqtələrin həm fırtına özüyeriyən artilleriya qurğusu (Ö.A.Q.), həm də F-16 ilə vurulmağa davam edildiyini söyləyib.

R.T.Ərdoğan saat 06.15-dən etibarən 46 rejim hədəfinə 122 fırtına Ö.A.Q. və 100 minaatanla zərbə endirildiyini vurğulayıb: “Ölkəmizin, millətimizin və İdlibli qardaşlarımızın təhlükəsizliyinin təmini üçün keçirdiyimiz əməliyyatları davam etdirməkdə qərarlıyıq. Bu tərz alçaq hücumlarla Türkiyənin qərarlılığını sınayanlar böyük bir səhv etdiklərini anlayacaqlar.”

Ərdoğan, “Burada biz şəhid verərkən bunlara qarşı səssiz qalmağımız mümkün deyil. Bunun hesabını soruşmağa davam edəcəyik. Nöqtəni qoyulmayacaq, eyni şəkildə əməliyyat davam edir və ilkin məlumatlara görə Suriya tərəfindən təxminən 30-35 nəfər zərərsizləşdirilib”, – dey bildirib.

Ərdoğan Rusiya rəsmilərinə xitabən “Burada qarşı tərəf siz deyilsiniz, tamamilə rejimdir. Bizim qarşımızı kəsmək kimi bir vəziyyət olmasın.” deyib.

Əvvəlki məqaləRusiya iqtisadiyyatı dünyanın beş nəhəngindən birinə çevriləcək – Proqnoz
Növbəti məqalədəQeyriadi mənzərə: Maskalı toy olaraq tarixə düşdü…