Paşinyan güc strukturlarını təcili topladı: Qarabağdakı ölümlər

134969

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağda erməni əsgərlərinin ölümünə görə iclas keçirib.

VOICEPRESS xəbər verir ki, bu məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb.

İclasda Təhlükəsizlik Şurasının rəhbəri Armen Qriqoryan, Müdafiə naziri David Tonoyan, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Eduard Martirosyan, Baş Qərargah rəisi Artak Davtyan, Baş prokuror Artur Davtyan, İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan iştirak edib.

“Past” qəzeti oxşar iclasın Qarabağda keçirildiyinə dair məlumat yayıb. Məlumata görə, iclas 4 saat davam edib.

Bununla bərabər Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan parlamentə dəvət edilib. Parlamentdə Davtyana Qarabağda erməni əsgərlərinin qeyri-döyüş şəraitində ölməsi ilə bağlı suallar verilib. O, Ermənistan ordusunda kadr dəyişikliklərinin gerçəkləşdiriləcəyini bildirib. Davtyan həmçinin tutduğu vəzifədən də istefa verməyəcəyini söyləyib.

Qeyd edək ki, bundan öncə qondarma Qarabağ rejiminin müdafiə naziri istefaya gedib. Buna səbəb kimi Qarabağda erməni hərbçilərinin qeyri-döyüş şəraitində ölmələri göstərilib.

2020-ci ildə Qarabağda qeyri-döyüş şəraitində ölən erməni hərbçilərin sayı 13-ə çatıb.

Əvvəlki məqaləTürkiyədə Gəzi Parkı hadisələrinə görə təqsirləndirilən 9 nəfərə bəraət verilib
Növbəti məqalədəTanınmış həkim Hilmi Karadenizin “kök hüceyrə” müalicəsi ilə Hekimoğlunun bacak problemi belə öz həllini tapacaq!