Müşviq Cəfərovun da namizədliyi ləğv edilə bilər…

143065

VOİCEPRESS-in xəbərinə əsasən, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 24 fevral tarixinə qədər 9 fevral 2020 ci il tarixində keçirilən növbədənkənar Parlament seçkilərində saxtakarlıq müşahidə edilən dairə və məntəqələrlə bağlı şikayətlər qəbul olunur. Bu səbəblə redaksiyamıza daxil olan şikayətlərlə bağlı daha bir namizədin adı saxtakarlıqla seçilmə iddiasında hallandı.

Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu və  dünya praktikasında öz sözünü deməyi bacaran Yeni Azərbaycan Partiyasının siyasi dəsti xəttinə xələl gətirmək məqsədi daşıyaraq, saxtakarlıqla seçilməyə müvəffəq olmuş “millət vəkilləri”nin məsuliyyətə cəlb olunması və həmən dairənin nəticələrinin ləğvi mütləqdir.

Daxil olan məlumatlara görə, 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsinin sədri Elbar Əhmədovun və Gəncə şəhəri İcra Hakimiyyətinin Birinci müavini Tomuyev Səmədin  seçkiyə müdaxiləsi, digər namizədləri açıq-aşkar təhdit etməsi və  Azərbaycan Respublikasının Konstitusiyasının 56 cı Maddəsini pozaraq, dövlət orqanlarının əməkdaşlarının işdən çıxarılmaları ilə hədələyərək, seçkidə “karusel” yaradaraq, Cəfərov Müşviq Cəfər oğlunu millət vəkili olaraq seçilməsinə müvəffəq olmuşlar.

Milli Məclisin tərkibinin tam təsdiq olunmaması göz önündəykən, Cəfərov Müşviq Cəfər oğlu    artık “Vikipediya” səhifəsində özünün “VI çağırış Azərbaycan Respublikasının millət vəkili” olduğu ilə bağlı  məlumatın  yazdırılması üçün də, fürsəti əldən verməyib.

39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsinin 30-36 saylı seçki məntəqələri  üzrə daxil olan çox saylı şikayətlərə əsasən, seçkidə Cəfərov Müşviqin seçilməsi üçün əməlli başlı karusellər təşkil olunub.  Bir şəxs bir neçə dəfə səs verib, seçki qutularına topa halında bülletenlər atılıb.

MSK-nın məlumatına görə, ümumilikdə 39 saylı Kəpəz birinci (Gəncə) Seçki Dairəsinin əhatə etdiyi sahədə 41 min 568 nəfər seçici var. Məntəqələrdəki  müşahidəçilərin qeydlərinə görə isə Cəfərov Müşviq  cəmi 131 səs toplamışdır.

Ama DSK Cəfərov Müşviqin topladığı real 131 səsi protokollarda dəyişdirərək, 45.8% səs toplamasını yazmışdır. Qeyd edək ki, bu günə kimi namizədlərə seçki ilə bağlı protokollar təqdim edilməmişdir. Maraqlı məqam odur ki, 41 min 568 nəfər seçicisi olan bir dairədə cəmi 131 səs =45.8% səs mi edir? Riyazi bilikləri “2” olan şəxslərin “millət vəkili”ni saxta yolla seçə biləcək ağılda olmasını nəzərə alaraq, saxtakarlıqda isimləri çəkilən yüksək vəzifələrindən sui istifadə edən şəxslərin isə birmənalı olaraq bundan sonra keçiriləcək seçkilərdə uzaqlaşdırma almaları, ən önəmli məsələlərdən biridir.

Ümid edirik ki, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu YAP-ın sıralarında saxtakar millət vəkillərinin  yer almasına  MSK izin verməyəcəkdir!

Gülçin Çinar

Əvvəlki məqaləSuriya parlamenti qondarma “erməni soyqırımı”nı tanıyıb
Növbəti məqalədəRusiya Təhlükəsizlik Şurasının iclasında İdlib və koronavirus müzakirə edilib