Lavrov 9 il sonra bu ölkəyə getdi

0
257107

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Venesuelanın paytaxtı Karakasa gedib.

VOİCEPRESS xəbər verir ki, bu məlumatı “RİA Novosti” agentliyi yayıb.

Məlumata görə, onu Karakasda Venesuela XİN rəhbəri Xorxe Arreas qarşılayıb. Lavrovun Karakasda Venesuela Prezidenti Nikolas Maduro ilə görüşəcəyi bildirilib.

Qeyd edək ki, Lavrov sonuncu dəfə Venesuelaya 2011-ci ildə gəlmişdi.