Kritik iclas bitdi: NATO-dan Türkiyəyə dəstək gəldi

112661

Türkiyənin ötən gecə İdlibə edilən hücum zamanı əsgərlərini itirməsi NATO müttəfiqlərini dərindən kədərləndirib. Bu kimi hücumları qınayırıq. VOİCEPRESS xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Türkiyənin tələbi ilə keçirilən Alyansın fövqəladə iclasında deyib. “Bəşər Əsədin rəhbərlik etdiyi əsgərlər bu hücumu həyata keçirdilər. Bildirirəm ki, bu kimi hücumlar dayandırılmalı, beynəlxalq qanunlara əməl olunmalı və BMT-nin dəstəklədiyi sülh prosesləri davam etdirilməlidir”, – Y.Stoltenberq bildirib.


Stoltenberq 2018-ci il atəşkəsinin davam etməli olduğunu bildirib:
“Əgər davam etməzsə, humanitar böhran daha da dərinləşəcək. NATO Türkiyənin yanındadır və Türkiyəni çox qiymətli müttəfiq olaraq görür. NATO Türkiyəyə dəstəyini bir neçə fərqli formada göstərəcək. Bunlardan biri havadan müdafiə yolu olacaq. Bu da Suriyadan gələn hava hücumlarının dayandırılmasını təmin edəcək. NATO-nun cənub-şərq sərhədini qorumağa davam edəcəyik.


NATO müttəfiqləri bu gün Türkiyəyə dəstəyini təklif edir. Hava hücumundan müdafiə sistemlərini dəyişdirməyi təklif edirik. Erkən xəbərdarlıq və nəzarət uçuşları var. Ancaq NATO müttəfiqləri Türkiyəyə dəstəyini artırmaq üçün daha çox nələr edə biləcəyini araşdırmaqdadır”.
Baş katibin sözlərinə görə, NATO fərqli təminatları ilə çox güclü siyasi dəstək verməkdədir:
“Bunu toplantıda da dilə gətirdik. Bölgədəki vəziyyəti yaxından izləyirik. Türkiyə də bir müttəfiq olaraq NATO-nun digər müttəfiqlərini daim məlumatlandırır. NATO müttəfiqləri bu məsələdə BMT-nin rəhbərliyi ilə sülh yolu ilə həlli dəstəkləyir. Suriya, Rusiya və Türkiyəni buna riayət etməyə çağırırıq”.

Əvvəlki məqalə“Azərbaycan dünyanın enerji mərkəzinə çevrilib”-Politoloq
Növbəti məqalədəTürk ordusu kimyəvi silah təsisatını vurdu