İtaliyada koronavirusdan ölənlərin sayı 6-ya yüksəlib

109048

İtaliyada yeni koronavirusdan ölənlərin sayı artmaqda davam edir.

VOİCEPRESS-in ANSA agentliyinə istinadən verdiyi məlumata görə, Breşiyada xəstəxanada onkoloji xəstəlikdən müalicə olunan qadın vəfat edib. Bununla da, koronavirusdan ölənlərin sayı 6-ya çatıb.

İtaliyada koronovirus qurbanlarının hamısı səhhətində problem olan yaşlı insanlardır.  

Ölkədə ümumilikdə koronavirusa 220 yoluxma halı qeydə alınıb, onlardan 6-sı dünyasını dəyişib. Çinin epidemiyanın yayıldığı Uhan şəhərindən təxliyə olunan bir İtaliya vətəndaşı isə artıq müalicə olunub. 

Əvvəlki məqaləAlmaniyada sürücü avtomobili parad iştirakçılarının üzərinə sürüb, 15 nəfər yaralanıb
Növbəti məqalədəLondonda Culian Assancın ekstradisiyası üzrə məhkəmə keçirilir