Gənclərin dostu Nəsib Məhəməliyev Gəncləri təbrik etdi

0
268774

VOİCEPRESS-in verdiyi xəbərə görə, gənclərin dostu hesab edilən, millət vəkilliyinə namizəd Nəsib Məhəməliyev Gəncləri təbrik etdi. Namizəd bu haqda sosial şəbəkə də məlumat bildirib.

Əziz gənclər

02 fevral “Gənclər günü” münasibətilə müasir Azərbaycan gəncliyini təbrik edirəm,möhkəm can sağlığı,əmin amanlıq,xoşbəxtlik, rifah arzulayıram.

Gənclik, insan ömrünün ən gözəl, mübarizələrlə,macəralarla dolu dinamik dövrüdür.Hər bir gəncin bu dövrü mənalı,vətəninə, millətinə xeyirli, vətənpərvər övlad kimi yetişməsi,onun təhsilindən,əməksevərliyindən, gündəlik öz üzərində çalışmasından asılıdır.

21- ci əsrin Azərbaycan gəncliyi müasir düşüncəli,kreativ,fiziki cəhətdən sağlam,mədəni,ən yüksək əxlaqi keyfiyyətləri özündə əks etdirən,qlobal çağırışlara cavab verməyi və digər ölkələrdəki həmyaşıdları ilə rəqabət aparmağı bacarmalıdır. Respublika prezidenti cənab İlham Əliyevin apardığı gənclər siyasətinin əsasını bu meyarlar təşkil edir. Gənclərin keyfiyyətli təhsil alması,idmanla məşğul olması,cəmiyyətin bütün sahələrində özlərini təsdiq etməsi üçün bütün şərait yaradılmışdır. Dövlət idarə etmə sisteminə,ümumiyyətlə hakimiyyətin bütün qollarını əhatə edən strukturlara ildən ilə daha çox gənc cəlb olunur. Sahibkarlıqla məşğul olmaq üçün çox saylı müxtəlif proqramlar həyata keçirilir. Minlərlə istedadlı gənc, dövlət büdcəsi hesabına, dünyanın ən reytinqli universitetlərində təhsil almışlar. Bunun nəticəsidir ki, gənclərimiz, dünyanın bir çox ölkəsində Azərbaycanı ləyaqətlə təmsil edir, və xalqımız onlarla fəxr edir.

Əziz gənclər

Sizi bir daha bu gözəl bayram münasibətilə təbrik etməklə yanaşı,arzu edirəm ki, dövlət müstəqilliyimizin əsl mahiyyətinin nədən ibarət olduğunu,tariximizi,mədəniyyətimizi,milli mənəvi dəyərlərimizi dərindən öyrənərək, dünya gəncliyinə müsbət mənada nümunə olasınız. Çətinliklərdən qorxaraq, yüngül həyat tərzi seçməyəsiniz. Əgər müstəqilliyimiz olmasaydı, bu nailiyyətlərdən söhbət belə gedə bilməzdi. Gələcək Sizlərindir.

Uğurlar…

Nəsib Məhəməliyev