Ermənistan Şəhərsalma Komitəsinin sədri həbs olunub

170514

Ermənistan Şəhərsalma Komitəsinin sədri Vaahn Vermişyan həbs olunub.

VOİCEPRESS-in “Armenpress”ə istinadən verdiyi məlumata görə, o, külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti V. Vermişyanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, müxtəlif vaxtlarla müxtəlif məbləğlərlə külli miqdarda rüşvət aldığı barədə faktlar açıqlayıb.

O, keçirilən əməliyyat nəticəsində fevralın 5-də saxlanılıb.

Daha sonra məhkəmə V. Vermişyan barəsində həbs qərarı çıxarıb. 

Əvvəlki məqaləƏrdoğan YAP-ın parlament seçkilərində qələbə qazanması münasibətilə Prezident İlham Əliyevi təbrik edib
Növbəti məqalədəQazaxıstanda iğtişaşlarda ölənlərin sayı 10-a çatıb