Çavuşoğlu və Lavrov Münhendə görüşəcəklər

0
235212

Fevralın 16-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

VOİCEPRESS-in Türkiyə bürosunun “Hürriyət” qəzetinə istinadən verdiyi xəbərə görə, XİN başçıları arasında görüş Münhen Təhlükəsizlik Konfransı çərçivəsində baş tutacaq.

Görüş zamanı nazirlər Suriya və Liviyada baş verənləri müzakirə edəcəklər.