Azərbaycan yığması Şotlandiyaya böyük hesabla uduzub

134103

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması UEFA İnkişaf turnirində ikinci oyununu keçirib. 
 
VOİCEPRESS-in məlumatına görə, Zamir Həsənovun baş məşqçisi olduğu komanda Şotlandiya millisi ilə qarşılaşıb.

Maltada təşkil olunan turnirə Cəbəllütariq üzərində 2:0 hesablı qələbə ilə başlayan Azərbaycan millisi bu dəfə acınacaqlı məğlubiyyətlə üzləşib. İlk görüşdə komandamıza qələbə qazandıran legionerlər də bu dəfə yığmanı xilas edə bilməyiblər – 0:7.

Milliləşən legionerlərlə güclənən komanda Böyük Britaniya təmsilçisi qarşısında aciz qalıb. İlk yarıda 3 qol vuran rəqib fasilədən sonra daha amansız olaraq 4 dəfə fərqlənib.

Qeyd edək ki, Azərbaycan millisi fevralın 26-da keçirəcəyi son turun matçında Malta ilə üz-üzə gələcək.

U-17 (qızlar) arasında UEFA İnkişaf turniri
23 fevral
Şotlandiya – Azərbaycan – 7:0

Abiqeyl Ferqyuson, 9, 26, Tire Burçill, 30, Keyra Çuter, 61, Sofi Martin, 79, Hanna Robinson, 82, Emi Anderson, 90

Əvvəlki məqaləMSK sədri: “57 saylı Kürdəmir Dairə Seçki Komissiyası buraxıla bilər”
Növbəti məqalədəAzərbaycan XİN koronavirusla bağlı İrana səfər edən vətəndaşlara xəbərdarlıq edib