Azərbaycan Prezidenti: “Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal edib”

143238

“Ermənistan Azərbaycanın 20 faiz ərazisini işğal etdi və işğal olunmuş torpaqlarda azərbaycanlı mülki şəxslərə qarşı etnik təmizləmə həyata keçirdi, o cümlədən Xocalı soyqırımını”.

VOİCEPRESS  xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada çıxışı zamanı bildirib.

****

21:00

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiyada Prezident İlham Əliyev bildirib ki, ATƏT Minsk Qrupunun həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistanın olmadığını izah etməlidirlər. Azərbaycan Prezidenti qeyd edib ki, heç bir ölkə Dağlıq Qarabağı tanımır.

VOİCEPRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.

****

20:40

Münhen təhlükəsizlik konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə dair panel-diskusiya başlayıb. 

Panel-diskusiyada Prezident İlham Əliyev giriş nitqi söyləyib.

VOİCEPRESS-in məlumatına görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev “twitter” səhifəsində bildirib.

Əvvəlki məqaləTürkiyədə müalicə almaq istəyən hər kəs üçün : Möhtəşəm Xidmət
Növbəti məqalədəRusiya və Türkiyə xarici işlər nazirləri arasında görüş keçirilib