Avropalı müşahidəçilər: ”Seçkilər qanunvericilik və texniki cəhətdən yaxşı təşkil olunub”

167702

Bu gün növbədənkənar parlament seçkilərini izləyən xarici müşahidə missiyalarının mətbuat konfransı keçirilib.

VOİCEPRESS-in məlumatına görə, konfrasda çıxış edən Demokratiya və İnsan Məsələləri üzrə Avropa Şurasının prezidenti Yanus Niedzvieçki bildirib ki, nümayəndələri seçki məntəqələrində sonadək müşahidələrini davam etdirirlər: “Mən Avropa daxil olmaqla müxtəlif ölkələrdə parlament seçkilərini müşahidə etmişəm. Azərbaycanda keçirilən seçkilər həm qanunvericilik, həm də texniki cəhətdən yaxşı təşkil olunub. Heç bir qanun pozuntusu müşahidə etmədik. Hətta müxalifət partiyasından olan biri dedi ki, hər hansı qanun pozuntusu müşahidə etməmişəm. Müxalifətçinin bunu deməsi seçkinin şəffaflığının göstəricisidir”.

Çexiya Parlamentinin üzvü Vera Prohazkova qeyd edib ki, bu gün 3 məntəqədə olublar: “Seçkilər yüksək demokratik şəraitdə aparılıb. Məntəqələrdə görüşdüyümüz insanlar da problem olması ilə bağlı irad bildirmədilər”.

Çexiya Parlamentinin digər üzvü Yaroslav Dubrava bu gün olduqları məntəqələrdə seçkinin yüksək təşkil olunduğunu bildirib: “İnsanlar problem olmadığını bildirdilər. Məntəqələrdə olduğumuz müddətdə şəffaflığın əleyhinə heç bir hadisə müşahidə etmədik”.

İtaliya Parlamentinin üzvü Ettore Lixeri vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı (Aİ) arasında əlaqələr getdikcə inkişaf edir. Onun sözlərinə görə, Azərbaycan müxtəlif mədəniyyətlərin balanslaşdırılması istiqamətində işlər görür. “Azərbaycanda inkişaf meyilləri var. Dinindən, irqindən asılı olmayaraq hər kəsə uğurlar arzu edirəm”,- deyə o əlavə edib.

Əvvəlki məqaləABŞ-ın “Artur J.Finkelstein and Associates” təşkilatı “exit-poll”un nəticələrini açıqlayıb – SİYAHI
Növbəti məqalədə“Opinion Way” təşkilatının keçirdiyi “exit-poll”un nəticələri