ABŞ-dan şok: Haftar partnyorumuzdur!

151362

ABŞ Liviya Milli Ordusunun (LMO) paytaxt Tripoliyə hücumlarını dəstəkləmir.

VOİCEPRESS xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Yaxın Şərq regionu üzrə köməkçisi Devid Şenker deyib.

Buna baxmayaraq, diplomat terrorizmlə mübarizədə Haftarı partnyor hesab etdiklərini açıqlayıb:

“Birmənalı şəkildə deyə bilərəm ki, biz Milli Razılıq Hökumətini dəstəkləyirik. Haftarın Tripoliyə həmlələrinə qarşıyıq. Lakin Haftarın bir çox fəaliyyətini qeyri-məhsuldar hesab etsək də, o problemin və onun həllinin bir hissəsidir”.

Şenker Haftar ordusunun Liviyanın 75 faiz ərazisinə nəzarət etdiyini qeyd edib.

Əvvəlki məqaləSeçki: Hansı dairə və məntəqələr ləğv ediləcək… – Ekspertlər
Növbəti məqalədəZaxarovadan Ərdoğana: Qəbul etmirik!